Orxan Məmmədov: "Sahibkarları sanitar normativləri barədə məlumatlandırmaq lazımdır"

Orxan Məmmədov: "Sahibkarları sanitar normativləri barədə məlumatlandırmaq lazımdır"
11:17 23 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bu gün sahibkarların sanitar prosedurlarının normativləri barədə məlumatlandırılması ərzaq sektorunun inkişaf çərçivəsində ən vacib məsələdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov ərzaq təhlükəsizliyinin cari vəziyyəti və perspektivlərinə həsr olunmuş biznes forumu zamanı deyib.

O bildirib ki, bu sahədə KOBİA Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edir.

Sədrin sözlərinə əsasən, bu gün 10 mindən çox kiçik və orta sahibkar qida sektorunda qeydiyyatdan keçib və müvafiq olaraq bu sektorun çox böyük potensialı mövcuddur.

O.Məmmədov 2019-cu ildə 8 mindən çox sahibkarın treninq keçdiyini və onların biznesinin inkişafı məqsədilə fəal tədbirlər görüldüyünü vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/820090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR