Hollivud ulduzları Endryu Qarfild və Emma Stoun Romada ailə qurmağa hazırlaşırlar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, toy mərasimi bu ilin yay aylarına planlaşdırılır. E.Stounun artıq öz gəlinliyini seçdiyi də deyilir. Cütlüyə yaxın mənbənin bildirdiyinə görə, məclisdə Endryu ilə Emmanın yalnız yaxın qohumları və dostları iştirak edəcəklər. Qonaqların sayı isə 25 nəfərdən çox olmayacaq.
Qeyd edək ki, E.Qarfild və E.Stoun 2011-ci ildə “Hörümçək adam” filminin çəkilişləri zamanı bir-birlərini seviblər.