Azərbaycan son 3 ildə Gürcüstandan avtomobil idxalını

2019-cu ildə Gürcüstandan Azərbaycana 24 314 ədəd minik avtomobili ixrac olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin dəyəri 248 769,9 min ABŞ dolları təşkil edib.

2018-ci illə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı 11 269 ədəd, 2017-ci illə müqayisədə isə 19 759 ədəd çoxdur. Son üç ildə Azərbaycan qonşu ölkədən aldığı avtomobillərin sayını 5,3 dəfə artırıb.

2019-cu ildə avtomobillər Gürcüstanın bir nömrəli ixrac məhsulu olub. Qonşu ölkə 686 747 min ABŞ dolları dəyərində minik avtomobili ixrac edib ki, bu da ümumi ixracda 18,2% təşkil edib. İllik müqayisədə Gürcüstanın avtomobil ixracında 68,2% artım qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR