Fərda Xudaverdiyevin ikinci nikahından olan oğlu ilə görüntüləri yayıldı - VİDEO

Fərda Xudaverdiyevin ikinci nikahından olan oğlu ilə görüntüləri yayıldı - VİDEO
11:53 23 Yanvar 2020
182 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə il əvvəl həyat yoldaşından qalmaqallı şəkildə ayrılan aktyor Fərda Xudaverdiyev ikinci nikahından olan oğlu Raula instaqramda bloq açıb.

Publika.az xəbər verir ki, “Xəzər” telekanalında yayımlanan “Comedyxana” verilişinin müəllifi olan aktyor 1 yaşlı oğlu ilə gülməli və maraqlı videoları öz səhifəsində paylaşaraq hər kəsi oğluna dəstək olmağa səsləyib. Səhifədə aktyorun oğlu ilə foto və videoları üstünlük təşkil etsə də, ikinci həyat yoldaşı ilə heç bir kadr paylaşılmayıb.

Məlumat üçün qeyd edək ki, son illərdə instaqramda uşaqlar üçün səhifələr açmaq dəbdədir. İzləyici sayı çox olan səhifələr bu yolla bloger və influserə çevrilərək reklam vermək istəyən şirkətlərin diqqətini cəlb edir.

Qeyd edək ki, Fərda Xudaverdiyev 2010-cu ildə Günel xanımla ailə həyatı qurmuşdu. Onun ilk nikahından Mətin və Amin adlı iki oğlu var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/302700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR