Azərbaycan gimnastı: Bakıdakı Dünya kuboku öz bacarıqlarımı nümayiş etdirmək üçün böyük şansdır

Azərbaycan gimnastı: Bakıdakı Dünya kuboku öz bacarıqlarımı nümayiş etdirmək üçün böyük şansdır
12:15 23 Yanvar 2020
104 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna fəal hazırlaşıram.

Bunu Trend-ə azərbaycanlı gimnast Fərid Mustafayev deyib.

O bildirib ki, məşqlər gündə iki dəfə keçirilir:

“İndi biz kombinasiyaları çətinləşdiririk ki, yarış zamanı proqramı səhvsiz yerinə yetirək. Dünya kuboku ərəfəsində həyəcan əlbəttə ki, var. Mənim üçün qarşıdan gələn Dünya kuboku öz bacarıqlarımı nümayiş etdirmək üçün böyük şansdır”.

Gimnast vurğulayıb ki, Dünya kubokunda Azərbaycanı təmsil etmək onun üçün böyük məsuliyyətdir:

“Ölkəni vacib yarışlarda təmsil etmək həm böyük məsuliyyət, həm də şərəfdir. Tamaşaçılara müraciət etmək istəyirəm ki, yarış günü onlar Milli Gimnastika Arenasına gəlsinlər və bizi dəstəkləsinlər”.

Qeyd edək ki, Fərid Mustafayev fevralın 15-16-da Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda tamblinq yarışlarında çıxış edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3181152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR