"Neftçi"nin Ukrayna klubu ilə oyununun vaxtı açıqlandı

"Neftçi"nin Ukrayna klubu ilə oyununun vaxtı açıqlandı
14:05 23 Yanvar 2020
145 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nin Ukrayna "Desna"sı ilə keçirəcəyi yoxlama oyununun başlama saatı məlum olub.

Milli.Az "ağ-qaralar"ın Feysbuk səhifəsinə istinadən xəbər verir ki, yanvarın 24-də, "Emir Hotels Spor Kompleksi"nin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Bu, "Neftçi"nin toplanışda son matçıdır. Komanda buna qədər keçirdiyi yoxlama matçında Polşanın "LKS Lodz" klubuna 0:4, Kiyev "Dinamo"suna isə 1:2 hesabıyla uduzmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/820095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR