Əsgər Ələkbərov: "İçərişəhər xüsusi status alıb"

Əsgər Ələkbərov: "İçərişəhər xüsusi status alıb"
14:27 23 Yanvar 2020
108 Ölkə
Ölkə mətbuatı
A- A+

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov Bakının mərkəzi rayonunun yaradılmasına münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ə.Ələkbərov bu gün keçirdiyi mətbuat konfransında keçən ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səsləndirdiyini bildirib və qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır.

Ə. Ələkbərovun sözlərinə əsasən, Bakıda yeni mərkəz yaradılsa da, İçərişəhərin artıq özünün xüsusi statusu var.

O qeyd edib ki, 2005-ci ildən İçərişəhər Qoruğunun öz administrasiyası yaradılıb: "Bununla da İçərişəhər xüsusi bir status alıb. Bu, böyük bir statusdur. Ona görə də mən hesab edirəm ki, yeni mərkəzi rayon yaradılsa da, artıq İçərişəhərin özünün xüsusi statusu var".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/820122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR