Stress saçlarımızı niyə ağardır? - Alimlər əsas SƏBƏBLƏRİ AÇDI

Stress saçlarımızı niyə ağardır? - Alimlər əsas SƏBƏBLƏRİ AÇDI
16:03 23 Yanvar 2020
55 Digər
Ölkə mətbuatı
A- A+

Stressin saçları ağartması təəccüblü məlumat sayılmır.

Publika.az xəbər
verir ki, Harvard Universitetinin alimləri stressin saçları hansı səbəbdən ağartmasını müəyyən edib.

Tədqiqatçıların fikrincə, müharibə və uçuş qorxusundan yaranan stress saçları ağardır. Yəni, qorxduğumuz zaman hüceyrələrimiz məhdud saç boyasından istifadə edir.


Bunu sübut etmək üçün siçanlar üzərində təcrübə aparılıb. Tədqiqatçılar siçanları üç fərqli stress amili ilə müqayisə edib: fiziki məhdudlaşdırma, ağrı və psixoloji sıxıntı. Siçanların tüklərinin bu üç stress amili əsasında ağardığı məlum olub. Daha sonra tədqiqatçılar saç rəngindəki dəyişikliyə nəyin səbəb olduğunu öyrənmək üçün bir araşdırma da reallaşdırıb. Bu zamana böyrəküstü vəzilər diqqət çəkib. Vəziləri çıxarılan siçanlar yenidən stress faktoru ilə qarşılaşıb və tüklərin ağarması müşahidə olunub.

Bu tədqiqatdan sonra siçanların digər hormonal prosesləri bloklanıb. Nəticədə tədqiqatçılar sempatik sinir reaksiyasının ağ tüklərdən məsul olan kök hüceyrəyə həddindən artıq yüklənməsindən qaynaqlandığını müşahidə ediblər. Bu sinir reaksiyasına maneə törədildikdən sonra siçanlarda tük ağarması dayanıb.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/302727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR