İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.
Agentlikdən Mətbuat.az -a verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:
•sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;
•sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;
•insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;
•ixtisas dərəcəsinə görə əlavə;
•fasiləsiz əmək stajına görə əlavə;
•gecə vaxtı yerinə yetirilən işə görə əlavə;
•əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;
•işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.
İxtisasın/vəzifənin adı
Həkimlərin əmək haqlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləği
Xidmətə görə həvəsləndirici əlavələr hesablanan həkimlərin çalışdığı şöbə (bölmə) müdirləri
100 manat
Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla)
200 manat
Provizor vəzifəsi üzrə çalışan həkimlər
260 manat
Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər
300 manat
Həkim-laborant ixtisası üzrə çalışan həkimlər
340 manat
Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər
“Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim
480 manat
Həkim-reanimatoloq ixtisası üzrə çalışan həkimlər
Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq
Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim
570 manat
Bundan əlavə, həkim ixtisasları/vəzifələri üzrə göstərilən
xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir.
Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin
yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən
tibbi xidmətlərə görə əlavələr ödənilmir.
İxtisasın və ya vəzifənin adı
Yuxarı
kəmiyyət həddi
İşin
nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği
Terapevtik
və pediatrik ixtisaslar üzrə çalışan həkimlər
Ambulator fəaliyyət üzrə həkim üçün iş günü
həddi:
20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə
həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması
Tətbiq edilən tarifin 7%-i həcmində
Fizioterapiya prosedurunu təyin edən həkim üçün
iş günü həddi:
Hədd müəyyən olunmur
Tətbiq edilən tarifin 20%-i həcmində
Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim
ayı həddi:
60 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim təqibinin
aparılması
10 yatış günündən çox olmamaq şərtilə hər sığortaolunan üzrə 1-5 yatış günü ərzində hər gün üçün 2 manat,
6-10 yatış günü ərzində hər gün üçün 1 manat
Həkim-mama-ginekoloq
və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər
Ambulator fəaliyyət üzrə hər həkim üçün iş günü həddi:
20 nəfər sığortaolunandan
yuxarı olmamaq şərtilə (əməliyyata göndərilən sığorta olunan
pasiyentlər istisna olmaqla) həkim müayinəsinin (ixtisaslı həkim baxışı)
aparılması
İxtisaslı həkim baxışına tətbiq edilən tarifin
7%-i həcmində
Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin
15%-i həcmində
Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim
ayı həddi:
Hədd müəyyən olunmur
Tətbiq edilən tarifin 15%-i həcmində
Cərrahi
ixtisaslar üzrə çalışan asistent həkimlər
Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı
həddi:
60 əməliyyatdan yuxarı olmamaq şərtilə
sığortaolunana əməliyyatın həyata keçirilməsi
Tətbiq edilən tarifin 3%-i həcmində
Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı
həddi:
Sığorta olunan hesab edilməyən şəxslərin
əməliyyatı zamanı hədd müəyyən olunmur
Tətbiq edilən tarifin 3%-i həcmində
Həkim-anestezioloq-reanimatoloq
ixtisası üzrə çalışan həkimlər
Həkim fəaliyyəti üzrə hər anesteziyaya görə
aparılmış əməliyyatlar üçün hədd:
Hədd müəyyən olunmur
Tətbiq edilən tarifin 5%-i həcmində
Neonatologiya
bölməsində çalışan həkimlər
Stasionar fəaliyyət üzrə həkim üçün yeni doğulana
görə təqvim ayı həddi:
Hədd müəyyən olunmur
Tətbiq edilən tarifin 7%-i həcmində
Terapevtik
və cərrahi ixtisaslar üzrə çalışan həkimlər
Sığorta olunan hesab edilməyən şəxslərə ixtisaslı
həkim müayinəsi üçün iş günü həddi:
Hədd müəyyən edilmir
Tətbiq edilən tarifin 15%-i həcmində
Sığorta olunan hesab edilməyən şəxslərə cərrahi
prosedur və əməliyyatlar üçün təqvim ayı həddi:
Hədd müəyyən edilmir
Tətbiq edilən tarifin 30%-i həcmində
Həkim-stomatoloq ixtisası üzrə çalışan həkimlər
Həkim üçün təqvim ayı həddi:
Hədd müəyyən edilmir
Tətbiq edilən tarifin 60%-i həcmində, lakin göstərilən xidmətə
sərf olunan tibbi ləvazimat xərci çıxıldıqdan sonra
Struktur
bölmə rəhbəri vəzifəsində çalışan həkimlər
Müvafiq tibbi xidmətlərin göstərilməsi
nəticəsində verilən arayışlara (obliqat qrupların
dövri tibbi müayinələri üzrə verilən arayışlar istisna olmaqla) və
tibbi çıxarışlara görə hər həkim üçün təqvim
ayı həddi:
Hədd müəyyən olunmur
Tətbiq edilən tarifin 5%-i həcmində
Ultrasəs
müayinə üzrə çalışan həkimlər
Həkim üçün iş günü üzrə hədd:
22 nəfər sığortaolunandan
yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması
Tətbiq edilən tarifin 8%-i həcmində
EEQ
(Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə
ixtisasları üzrə çalışan həkimlər
Həkim üçün iş günü üzrə hədd:
10 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması
Tətbiq edilən tarifin 10%-i həcmində
MRT (Maqnit rezonans tomoqrafiya), müayinəsi üzrə
çalışan həkimlər
Həkim üçün iş günü həddi:
Hədd müəyyən olunmur
Tətbiq edilən tarifin 8%-i həcmində
KT
(Kompyuter tomoqrafiya) üzrə çalışan həkimlər
Həkim üçün iş günü həddi:
Hədd müəyyən olunmur
Tətbiq edilən tarifin 10%-i həcmində
Rentgen, Mamoqrafiya
və Flüoqrafiya müayinəsi üzrə
çalışan həkimlər
Həkim üçün iş günü həddi:
35 nəfər sığortaolunandan
yuxarı olmamaq şərtilə
diaqnostik müayinənin aparılması
Tətbiq edilən tarifin
Rentgen və
Mamoqrafiya müayinəsi üzrə 10%-i, Flüoqrafiya müayinəsi üzrə 14%-i
həcmində
Həkim-kardioloq
ixtisası üzrə çalışan həkimlər
EKQ (elektrokardioqramma) çəkilişləri üzrə rəyin
verilməsinə görə həkim üçün iş günü
həddi:
Hədd müəyyən olunmur
Tətbiq edilən tarifin 10%-i həcmində
Reanimasiya
şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi
zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində
normativlərlə bağlı əlavələr verilir.
Təcili və təxirəsalınmaz tibbi yardım
stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin və dispetçerlərinin aylıq
vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit
həvəsləndirici əlavələr verilir.
Sağlamlıq
üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər
ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan
əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın
immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli
əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında
əlavə haqq verilir.
Kənd
və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici
əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir.
Tibb müəssisələrinin bilavasitə cərrahlıq,
reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə,
stansiya, kabinet və s.) gecə işlərinə
cəlb edilən həkimlərə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə
saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə
həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin
35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi
miqdarında əlavə haqq ödənilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)