Türkiyədən qorxulu GÖRÜNTÜLƏR GƏLİR - İnsanlar dəhşət içində (FOTOLAR)

Türkiyədən qorxulu GÖRÜNTÜLƏR GƏLİR - İnsanlar dəhşət içində (FOTOLAR)
22:08 23 Yanvar 2020
93 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə baş verən silsilə yeraltı təkanlar insanlar arasında ciddi həyəcan yaradıb.

Publika.az yerli mənbələrə istinadən xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, insanlar parklarda gecələyir. Sakinlər arasında bölgədə güclü zəlzələnin baş verəcəyi barədə iddialar var. Məlumata görə, yerli mütəxəssislər açıqlamalarında silsilə yeraltı təkanların bölgədə güclü zəlzələyə səbəb olacağını irəli sürüb.

Xatırladaq ki, ötən axşam Manisa vilayətində rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib. Ardınca bölgədə 4,4 bal və 3,3 bal gücündə daha iki zəlzələ baş verib. Bu gün səhər saatlarında da Türkiyənin müxtəlif bölgələrində yeraltı təkanlar qeydə alınıb. Ümumilikdə son 24 saat ərzində 212 avterşok olub. Bir neçə tikili dağılıb. Yaralılar var.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/302769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR