Boeing 737 Max-ın yaxın zamanlarda xidmətə geri dönmə etimalı var

Boeing 737 Max-ın yaxın zamanlarda xidmətə geri dönmə etimalı var
23:22 23 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

ABŞ-ın nəhəng təyyarə istehsalçısı Boeing təyyarənin qəzaya səbəb olan proqram problemini həll etdiklərini və yeniliklər olunduğunu açıqlayıb. Ancaq indi şirkətdən gələn xəbərlər yeni proqramın sınaq mərhələsinin gözlənilən uğura çatmadığını göstərir.

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ Federal Aviasiya Təşkilatı bu təyyarələrin havaya qalxması üçün yenidən icazə verməlidir. Ancaq ABŞ Federal Aviasiya Təşkilatı icazə vermək məsələsində istəksiz görünür və proqramı ətraflı öyrənmək üçün vaxtı uzadır.

Bu, o deməkdir ki, milyardlarla dollarlıq Boeing 737 Max təyyarələri olan nəhəng aviaşirkətlər aylarla hava gəmilərini anbarda saxlayacaqlar.

Nəhəng təyyarə istehsalçısının təhlükəsiz proqram təminatı yaratma və sınamaq qabiliyyətini şübhə altına alan bu problem səbəbi ilə Boeing markasının risk altında olduğu görünür.

Wall Street-də yayımlanan xəbərə görə, Boeing FAA ilə birlikdə yanvar ayının sonlarında sınaq uçuşu etməli idi. Ancaq FAA-nın proqramın gözlənilməz təsiri səbəbindən testi ləğv etdiyi vurğulanır. Problem səbəbindən Beoing-in yüksək ümidləri olan 737 Max istehsalını dayandırması şirkətin balans hesabatına pis təsir edib. FAA təyyarənin təhlükəsizliyini təsdiqləsə belə, bu təyyarələrin yenidən havaya buraxılması üçün çox uzun bir yeniləmə və nəzarət prosesi tələb olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/819643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR