Məşhur rus həkimdən “antixərçəng” çay– Hazırlanma qaydası

Məşhur rus həkimdən “antixərçəng” çay– Hazırlanma qaydası
23:27 23 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Həkim və teleaparıcı Yelena Malışeva onkoloji xəstəliklərə qarşı effektiv hesab etdiyi sadə bir çay reseptini açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, cox zaman alternativ təbabət və türkəçarələ qarşı çıxan Malışeva bu dəfə özünün də içdiyi maraqlı çay reseptini paylaşıb.

"Jit zdorovo" verilişində o çayın hazırlanmasını belə izah edib:

Yaxşı keyfiyyətli yaşıl çay, sarıkök və zəncəfil tərkibli çay düzgün hazırlanmalıdır.
200 qr yaşıl çaya 15 mq sarıkök, 25 mq qara üyüdülmüş istiot, 2 qr zəncəfil götürülür.

Əvvəlcə çay dəmlənilir, 60 dərəcəyə kimi soyudulanda digərləri əlavə olunur. Gün ərzində içilir.
Malışeva bildirib ki, yaşıl çayda olan epiqallokatexin 3 qallat xərçəng yaradan zülalı blok edir, onun çoxalmasının qarşısını alır.

Çaya qatılan digər komponentlər də iltihabi və şiş proseslərini azaldır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/820212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR