"Türkiyə NATO-nun vacib müttəfiqidir"

"Türkiyə NATO-nun vacib müttəfiqidir"
08:57 24 Yanvar 2020
100 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə NATO-nun vacib müttəfiqidir.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Davos İqtisadi Forumunda NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq bildirib: "Biz Türkiyənin Şimali Atlantika Alyansında iştirakının vacibliyini dərk etməliyik. NATO Suriya və İraqla həmsərhəd olan Türkiyənin bazalarından və imkanlarından istifadə edir".

Baş katib qeyd edib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alma məsələsi NATO-nun həll etməli olduğu problemlərdən biri olaraq qalmaqdadır.

Onun sözlərinə görə, NATO bu məsələni Türkiyə və ABŞ prezidentləri ilə müzakirə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/820289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR