Azərbaycanda çay yığımının həcmi açıqlanıb

Ötən il Azərbaycan ərazisində 851,3 ton çay yarpağı yığılıb.

Mətbuat.az xəbər verir ki bunu Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İlkin Ələkbərli deyib. Onun sözlərinə görə, bu göstərici 2018-ci illə müqayisədə azdır:

“2018-ci ildə Azərbaycanda 868,6 ton çay yarpağı yığılmışdı. Bizim hesablamalarımıza görə, 2019-cu ildə azalmanın əsas səbəbi əkilən çay kollarının yeni olması və hələlik məhsul verməməsidir. Gələcəkdə məhsuldarlığın artımı gözlənilir”.(Trend.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR