Xırdalanda dəhşət: Avtomobil iki şagirdi vurdu -

Xırdalanda iki məktəblini avtomobil vurub. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.

Metbuat.az "oxu.az"-a istinadla xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən 15 yaşlı Alsu Səbzəliyeva və 14 yaşlı Fidan Orucovanı vurub. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləridir.

Xəsarət alan Fidan adlı qızın komaya düşdüyü bildirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR