Əsgərimiz Avropaya gedir

Əsgərimiz Avropaya gedir
11:41 17 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 19-dan 23-dək Hohenfels (Almaniya) şəhərində "Combined Resolve-4" təliminin əsas planlaşdırma konfransı, yanvarın 19-dan 30-dək Buxarest (Rumıniya) şəhərində təhlükəsizlik siyasəti və Avropaya inteqrasiya üzrə ixtisas artırma kursu keçiriləcək.

Bununla yanaşı, yanvarın 19-dan fevralın 13-dək Kollinqvud (Böyük Britaniya) şəhərində zabitlər üçün eksklüziv iqtisadi zonanın mühafizəsi kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR