Deputatlığa namizəd olan məşhur aparıcı Aytən Piriyevanın Ağsuda başına iş gəldi... - FOTOLAR

Deputatlığa namizəd olan məşhur aparıcı Aytən Piriyevanın Ağsuda başına iş gəldi... - FOTOLAR
11:13 24 Yanvar 2020
95 Digər
Ölkə mətbuatı
A- A+

87 saylı Ağsu-İsmayıllı Seçki dairəsindən deputatlığa bitərəf namizəd, məşhur jurnalist, televiziya aparıcısı Aytən Piriyeva (Səfərovanın) rayonun kəndlərində, özünün də gözləmədiyi halda, izdihamla qarşılaşıb.

Publika.az xəbər verir ki, aparıcı görüşlər barədə təəssüratlarını belə ifadə edib:

"Hər kənddə bizi çoxlu sayda ağsaqqallar, ağbirçəklər, qadınlar, əliuşaqlı analar və kişilər gözləyir. Bu insanların əksəriyyəti bu gün bu rayondan, ilk dəfə olaraq, 25 ildir efirdən tanıdıqları, inandıqları, camaatın sözünü deməyi bacaracaq qadın deputata böyük ümid bəslədiklərini söyləyirlər. Bu gün mən Ağsuda yeganə namizədəm ki, çoxlu sayda insan könüllü surətdə görüşə gəlir və ətrafında ən çox sayda seçici toplaşır. Hər biri millət vəkilindən gözləntilərindən danışır, son bir neçə ildə indiyədək rayonda və kəndlərdə yığılıb-qalan, həll edilməyən problemlərini bölüşürlər. Ağsu camaatı bu gün məni kimi, respublikamızın müxtəlif seçki dairələrində insanlar tərəfindən tanınan və böyük ümid bəslənən gənc namizədlərə real imkan yaradan dövlət başçımıza təşəkkürlər edir, onun həyata keçirdiyi son islahatları alqışladıqlarını söyləyirlər.

Hər bir iri və xırda kənddə keçirdiyimiz çox məhsuldar görüşlər və insanların bəslədikləri isti münasibəti görəndə, nə boyda böyük bir məsuliyyətin üzərimə düşdüyünü daha dərindən anlayiram və bu, eləcə də Prezidentimizin həyata keçirdiyi son islahatlar mənə bu gün böyük güc verir”.

Bildirilir ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən bu gün ən iddialı namizəd məhz Aytən Piriyevadır. Onun rəqibi “Vəhdət” partiyasının sədri, son bir neçə ildə Ağsunun millət vəkili olmuş Tahir Kərimlidir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/302804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR