Koronovirusun əlamətləri və qorunma üsulları barədə -

Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronovirusun əlamətləri və qorunma üsullarından danışıb.Koronavirusun əlamətləri qrip, respirator virus infeksiyalarını xatırladır.

Metbuat.az xəbər verir ki “Çindən yayılan virus adətən ağciyərləri zədələyir və ağciyər çatışmazlığına səbəb olur. Beləliklə də insan tələf olur.

Əgər virus ağız boşluğundan daxil olarsa, mədə-bağırsaq pozğunluqları yarada bilər.

C.İsayev bu virusdan qorunmaq üçün xəstə insanlardan uzaq olmağı məsləhət görür:

“Maska taxmaq, kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamaq lazımdır. Bundan başqa, meyvələri yeməzdən əvvəl mütləq yumaq vacibdir”.

Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR