Bakıya nə qədər qar yağcaq? - Umayra Tağıyeva AÇIQLADI

Bakıya nə qədər qar yağcaq? - Umayra Tağıyeva AÇIQLADI
13:18 24 Yanvar 2020
551 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda axşam saatlarında sulu qar yağsa da, qısamüddətli olacaq.

Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yağıntıya baxmayaraq Bakıda qar örtüyü əmələ gəlməyəcək:

"Quba, Xaçmaz, Lənkəran, Lerik, Zaqatala, Balakən, Naxçıvanda və digər dağlıq ərazidə qar örtüyü yaranacaq. Amma qar örtüyü uzunmüddətli olmayacaq. Bu il qış daha mülayım keçir. Yağıntı miqdarı da azdır". (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/302818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR