Ermənistan ordusu - özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyi

Ermənistan ordusu - özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyi
13:42 24 Yanvar 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

Davit Tonoyanın Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etdiyi dövrdə hərbi hissələrdə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayının durmadan artması müşahidə olunur. Köhnə rejim tərəfindən əsası qoyulan bu ənənə, yəni “dedovşina” bu gün də davam edir. Bu da düşmən ordusunda intihar və özünəqəsd hallarının getdikcə çoxalmasına gətirib çıxarır.
Ermənistanın baş naziri Nikol Paşinyanla “Qarabağ” klanı arasında getdikcə dərinləşən qarşıdurma erməni ordusunu tamamilə məhvə sürükləyir. Yanvarın 24-də düşmən tərəfindən işğal altında olan ərazilərimizdə erməni əsgərlər arasında baş vermiş silahlı qarşıdurma əminliklə, demək olar ki, sonuncu olmayacaq.
Son vaxtlar Ermənistan ordusunda əsgərlərin bir-birini odlu silahla qətlə yetirməsi halları tez-tez baş verir. Bütün bunlar xalqdan gizlədilir, ölənlərin və intihar edənlərin sayı barədə dəqiq məlumat verilmir. Xüsusilə də Ermənistan Müdafiə Nazirliyi əsgərlər arasında baş vermiş silahlı qarşıdurmanı qəza hadisəsi kimi təqdim edərək don geyindirməyə çalışır. Həmçinin əsgərlərdən birinin digərinə atəş açması nəticəsində baş verən ölüm və ağır yaralanma hallarını ört-basdır etməyə çalışan Ermənistan Müdafiə Nazirliyi bütün bunların, əsgər ölümünün guya atəşkəsin pozulması nəticəsində baş verdiyi barədə məlumat yayaraq ictimaiyyəti aldadır. Bütün bunlar Ermənistan ordusundakı intizamsızlıq və özbaşınalıqdan xəbər verir.
Düşmən ordusunda baş verən ölüm hallarına görə bu vaxta qədər heç kəs cəzalandırılmayıb. Eyni zamanda bunun kökündə işğalçı ölkənin ordusunda əsgər-komandir inamsızlığı, etimadsızlığı və nizamnamədənkənar halların baş verməsi, əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən qul kimi işlədilməsi dayanır. Ona görə də Ermənistanda yerli əhali övladlarını kütləvi surətdə hərbi xidmətdən yayındırmağa çalışır. Valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alçaldılması və döyülməsi faktları təşkil edir. Bu səbəbdən də valideynlər bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırır, müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Statistik məlumatlar da təsdiqləyir ki, son illər ölkəni tərk edənlər arasında gənclər çoxluq təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdən açıq şəkildə imtina edir.
Davit Tonoyanın quruma rəhbərliyindən sonra Ermənistan ordusunda heç nə dəyişməyib. Əksinə, vəziyyət getdikcə pisləşib. Hətta gənc əsgərlərin özünəqəsd hallarının əksəriyyətini Davit Tonoyanın Müdafiə Nazirliyinə rəhbərliyindən sonra baş verdiyini qeyd etmək olar.
Ordudakı özbaşınalıq, müəmmalı əsgər ölümləri Ermənistanda ictimai-siyasi vəziyyəti getdikcə gərginləşdirir. Artıq işğalçı ölkədə etiraz aksiyaları baş qaldırır. Valideynlər bildirirlər ki, Paşinyan bu barədə dərindən düşünməli, orduda nizam-intizam yaratmalı, quldurluq hallarına son qoymalıdır. Bu isə mümkün deyil.
Son olaraq onu qeyd edək ki, bu ilin yanvar ayında artıq Ermənistan ordusunda 5 nəfər hərbçi ölüb, 10 nəfərədək hərbi qulluqçu isə yaralanıb. Bu statistik rəqəmlər bir daha Ermənistan ordusundakı acınacaqlı vəziyyəti üzü çıxarır.
Siyasi analitik Ehtiram Aşırlı

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-ordusu-ozuneqesd-xestelik-korrupsiya-ve-cinayet-menbeyi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR