17 yaşlı futbolçu PSG-nin tarixinə keçdi

17 yaşlı futbolçu PSG-nin tarixinə keçdi
15:27 24 Yanvar 2020
139 İdman
Ölkə mətbuatı
A- A+

PSJ Fransa kubokunun yarımfinalında "Reyms"i məğlub edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Paris təmsilçisinin futbolçusu Tanqu Kuassi üçün əlamətdar olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Reyms"lə matçda Kuassinin vurduğu qol PSJ-nin tarixində 4000-ci qol olub. PSJ-nin yetirməsi olan 17 yaşlı müdafiəçi, həm də, əsas komandanın heyətində ilk qoluna imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/820427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR