“Naxçıvan Bank”ın xalis mənfəəti 5% azalıb

“Naxçıvan Bank”ın xalis mənfəəti 5% azalıb
15:47 24 Yanvar 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

“Naxçıvan Bank” ASC 2019-cu ili 5,179 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 4,6% azdır.
Ötən il “Naxçıvan Bank”ın gəlirləri 12,213 milyon manat (illik müqayisədə 14,5% çox), xərcləri 4,634 milyon manat (15,2% çox), xüsusi ehtiyatlara ayırmaları 1,059 milyon manat (9,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,34 milyon manat (5,8% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Naxçıvan Bank”ın aktivləri 232,022 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 18,1% çoxdur. Bunun 91,381 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-ci ildə Bankın kredit portfeli 42,4% böyüyüb.
Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 25,5% artaraq 148,516 milyon manata, o cümlədən depozit portfeli 26,6% artaraq 95,567 milyon manata, balans kapitalı isə 6,8% artaraq 83,505 milyon manata, o cümlədən nizamnamə kapitalı 13,9% artaraq 77,25 milyon manata çatıb.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/naxcivan-bank-in-xalis-menfeeti-5-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR