"Eyfel" qülləsi bağlandı

Parisdə Eyfel qülləsi bağlanıb.

Metbuat.az xəbər verir ki, buna işçilərin tətili səbəb olub. Qeyd olunur ki, Eyfel qülləsinə gələn turistlərin təhlükəsizliyi lazımi səviyyədə təmin olunmayacağı üçün qülləni müvəqqəti bağlamaq qərarı verilib.

Eyfelin nə zaman açılacağı məlum deyil.

Qeyd edək ki, Fransada ötən ilin dekabrından bəri pensiya islahatı ilə əlaqədar etirazlar və tətillər davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR