ETSN: Binəqədidə ağac kəsintisi faktı olmayıb

ETSN: Binəqədidə ağac kəsintisi faktı olmayıb
17:37 24 Yanvar 2020
49 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 
Nazirlikdən "Report"a verilən məlumata görə, araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı məlum olub.
ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, sözügedən ərazidə qeyri-yaşayış binasının tikintisi məqsədilə tikinti altına düşən müxtəlif cinsli 7 ağacın köçürülməsinə Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib və ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC –nin mütəxəssisləri tərəfindən budanaraq 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə köçürülüb.



Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/bineqedide-agac-kesintisi-fakti-olmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR