Çin koronavirusa görə 6 günə xəstəxana tikəcək

Çin koronavirusa görə 6 günə xəstəxana tikəcək
17:42 24 Yanvar 2020
57 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Uhan şəhərində koronavirus (2019-nCoV) daşıyıcıları üçün ayrıca xəstəxananın tikintisinə başlanılıb.
“Report” RBC-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb. 
Bildirilib ki, tikinti işlərinin 6 günə başa çatdırılacağı planlaşdırılır. 1000 çarpayılıq üçün nəzərdə tutulan xəstəxananın sahəsi 25000 m² olacaq.
Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Virusun yayılması ilə əlaqədar ÜST təcili iclas keçirib və bütün ölkələrə virusun yayılmasına hazır olmağı tövsiyə edib.
Alparslan Öztürk

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-koronavirusa-gore-6-gune-xestexana-tikecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR