"Goldman Sachs" rəhbərliyində qadın və qaradərili insan olmayan şirkətlərlə işləməyəcək

"Goldman Sachs" rəhbərliyində qadın və qaradərili insan olmayan şirkətlərlə işləməyəcək
17:52 24 Yanvar 2020
46 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Goldman Sachs" investisiya bankı bundan sonra Direktorlar Şurasında qadın və qaradərili insanların təmsil olunmadığı şirkətlərə xidmət göstərməyəcək. 
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Bankın baş drektoru (CEO) David Solomon məlumat verib. 
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın aktivlərinin idarə edilməsi ilə məşğul olan “BlackRock” şirkəti, eləcə də maliyyə sektorunda müxtəlif xidmətlər göstərən “State Street Global Advisors”  şirkəti də rəhbərliyində qadın olmayan qurumlarla əməkdaşlıq etməyəcəklərini açıqlamışdılar. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/goldman-sachs-dan-maraqli-addim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR