Zəlimxan Məmmədli seçiciləri ilə yallı getdi - VİDEO

Zəlimxan Məmmədli seçiciləri ilə yallı getdi - VİDEO
18:08 24 Yanvar 2020
140 Digər
Ölkə mətbuatı
A- A+

33 saylı Xətai birinci seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli seçiciləri ilə görüşdə yallı gedib.

Teleqraf.com xəbər verir ki, deputatlığa namizəd özünün sosial şəbəkə hesabında bununla bağlı video paylaşıb.

“Namizəd olaraq millətlə yallı getdik. Gələcəyi bu cür gözəl edəcəyik. Ulu millətimiz geci-tezi birlik, bərabərlik yallısını gedəcək, vahid və demokratik Azərbaycanı quracaq. Ciddi islahatlar idealı ilə seçki marafonundayıq. Ruhum rahatdı, millət də islahat arzulayır. İnqilabı durdurmağın yolu islahatdır”, – deyə Zəlimxan Məmmədli bildirib.

Qeyd edək ki, Z.Məmmədli “Gələcək gözəl olacaq! Memarı millət olacaq” şüarı ilə seçkilərə qatılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/302861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR