"Neftçi" Ukrayna komandasına MƏĞLUB OLDU

"Neftçi" Ukrayna komandasına MƏĞLUB OLDU
20:53 24 Yanvar 2020
137 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.

Publika.az-ın məlumatına görə, rəqib Ukrayna "Desna"sı olub.

Görüş flaqmanın məğlubiyyəti ilə yekunlaşıb - 2:1. "Ağ-qaralar"ın yeganə qolunu 66-cı dəqiqədə Stiven Jozef-Monroz vurub.

Beləliklə, "Neftçi" Antalya toplanışındakı hər 3 görüşünü məğlubiyyətlə bitirib. İlk matçında Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə görüşdə də meydanı məğlub tərk edib - 1:2.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/302872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR