SON DƏQİQƏ: Türkiyədə 2 dəhşətli zəlzələ oldu - Çox sayda ölü var / VİDEO (YENİLƏNDİ)

Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14-ə çatıb. 300-ə qədər yaralı var.

Metbuat.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

***

23:21

Elazığda baş verən 6,8 bal gücündəki zəlzələdən sonra 5,4 bal gücündə daha bir yeraltı təkan baş verib.

Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, təbii fəlakət nəticəsində 8 nəfər ölüb. Azı 100 nəfər yaralanıb. Bir neçə tikilidə fəsadlar əmələ gəlib.

***

Türkiyənin Elazığ vilayətində rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Yeraltı təkanların episentri yerin 7 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Zəlzələ ətraf şəhərlərdə də güclü şəkildə hiss edilib.

Anar / Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR