İki cüdoçumuz Qran-Pridə mübarizəni DAYANDIRDI

İki cüdoçumuz Qran-Pridə mübarizəni DAYANDIRDI
22:38 24 Yanvar 2020
130 İdman
Ölkə mətbuatı
A- A+

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə turniri davam edir.

Publika.az-ın məlumatına görə, ikinci yarış günündə Azərbaycanın iki təmsilçisi mübarizə aparıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev ilk görüşündə ispaniyaSalvador Kases Roça ilə bacarmayıb. 81 kq çəkidə yarışan Hidayət Heydərov isə macarıstanlı Atilla Unqvariyə məğlub olaraq çıxışlarını erkən başa vurub.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 4-ü kişi və 5-i qadın olmaqla 9 cüdoçusu mübarizəyə qoşulsa da, heç biri medal qazana bilməyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/302877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR