Azərbaycanlı qadınları "dayə" adı ilə aldadıb Türkiyədə fahişəyə çevirdilər

Azərbaycanlı qadınları "dayə" adı ilə aldadıb Türkiyədə fahişəyə çevirdilər
11:47 17 Yanvar 2015
342 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə azərbaycanlı qadınları internet vasitəsilə dayəlik adı altında bu ölkəyə gətirib fahişəliyə məcbur edən qrup saxlanılıb.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Adanada saxlanılan biri qadın olmaqla 4 nəfərlik qrupun Azərbaycandan iki qadını bu məqsədlə Türkiyəyə gətirdikləri məlum olub.

Polisin 6 aylıq təqibindən sonra 42 yaşlı Aynur M., onun əri Haluk M. (34), Ömər A. (58) və Osman Nevzat Ç.-nin qadınları pul qarşığında fahişəliyə cəlb etdiyi və yerlə təmin etdikləri təsdiqlənib.

Məlum olub ki, maddi çətinliklər yaşayan azərbaycanlı qadınlar uşaq baxıcılığı qarşılığında yaxşı maaş alacaqlarına inandırılıblar. Təyyarə biletləri alınaraq Türkiyəyə gətirilən həmin qadınları gecəsi 150-300 lirə arası fahişəliyə cəlb ediblər.

Azərbaycanlı qadınlardan biri uşağının xəstə olduğunu, bu səbəbdən Türkiyəyə pul qazanmaq üçün gəldiyini deyib: “Mənə uşağa baxacaqsan dedilər, lakin fahişəliyə cəlb etdilər. Əvvəl etmək istəmədim, lakin məcbur olub, səsimi çıxarmayıb razılaşdım”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR