Şok: Türkiyədə Yer qabığı qırıla bilər

Şok: Türkiyədə Yer qabığı qırıla bilər
01:28 25 Yanvar 2020
120 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Elazığ şəhərində baş verən 6.8 bal gücündəki zəlzələ ilə bağlı mütəxəssislər ilk açıqlamalarını veriblər.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, türkiyəli professor Şükrü Ərsoy bu zəlzələnin Yer qabığındakı qırılma ilə əlaqəli ola biləcəyini deyib:

“Daha öncə də Elazığda bir zəlzələ baş vermişdi. Bu bölgənin kritik olduğunu söyləmişdim. Yüksək gərginlikli bir bölgədir. Belə bir zəlzələnin baş verə biləcəyi gözlənilən idi. Uzun müddətdir Şərqi Anadoluda zəlzələ olmamışdı. Yer qabığını qırmış ola bilər. Ciddi ziyan var”.

Qazi Universitetinin professoru Süleyman Pampal bildirib ki, zəlzələ hətta Osmaniyədən də hiss olunub:
“Təəssüf ki, pessimist bir mənzərə ortaya çıxır. Bölgənin quruluşu risklidir. Kənd yerlərindəki binaların vəziyyətinin pis olduğunu güman edirəm”.

“Bu mərhələdə bir şey söyləmək mümkün deyil. Böyük bir zəlzələdir. Şərqi Anadoluda fayl oyanmağa başladı”, - professor Naci Görür fikirlərini belə qeyd edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/302885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR