Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından 30 nəfər çıxarılıb

Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından 30 nəfər çıxarılıb
02:37 25 Yanvar 2020
112 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin zəlzələ baş verən bölgəsində dağıntılar altından 30 nəfər xilas edilib.
“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, Elazığda 405 nəfər, Malatyada isə 148 sakin xəstəxanaya müraciət edib.
“Hər iki şəhərdə 5 ağır yaralımız var. Hazırda aparılan xilasetmə işləri davam etdirilir”.
Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu bildirib ki, son zəlzələdən indiyədək Rixter cədvəli ilə azı 4,8 bal olmaqla 30-dan çox afterşok qeydə alınıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-zelzele-bolgesinde-dagintilar-altindan-30-nefer-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR