Çində koronavirusdan ölənlərin sayı 40 nəfəri keçib

Çində koronavirusdan ölənlərin sayı 40 nəfəri keçib
03:22 25 Yanvar 2020
92 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Xubey vilayətində koronavirusun indiyədək aşkar edilməmiş növündən (2019-nCoV) ölənlərin sayı 24 nəfərdən 39 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Global Times” yerli hakimiyyət orqanlarına istinadən yazıb.
Xatırladaq ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 900 nəfərə çatıb. 26 nəfər dünyasını dəyişib. Onlardan 24-ü Xubey vilayətinin sakinidir. Daha iki nəfər digər vilayətin sakinidir.
Nəticədə ölənlərin sayı 41 nəfər çatıb. 
Qəzetin yazdığına görə, vilayətdə virusa ümumilikdə 729 nəfər yoluxub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-koronavirusdan-olenlerin-sayi-40-neferi-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR