Bloomberg: “Boeing “787 Dreamliner” təyyarələrinin istehsalını azalda bilər”

Bloomberg: “Boeing “787 Dreamliner” təyyarələrinin istehsalını azalda bilər”
04:22 25 Yanvar 2020
92 Digər
Ölkə mətbuatı
A- A+

Amerikanın “Boeing” şirkəti, tələbin az olması səbəbindən “787 Dreamliner” təyyarələrinin istehsalını azaltmağı düşünür.
“Report”un məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər yayıb.
Qeyd olunub ki, şirkət rəhbərliyi ayda 12 təyyarə yerinə 10 təyyarə istehsal etməyi planlaşdırır. “Boeing”in yeni istehsal cədvəli gələn həftə şirkətin gəlirləri haqqında hesabat açıqlanan zaman dərc ediləcək.
Bildirilib ki, hələlik son qərar verilməyib.
“Bloomberg” qeyd edib ki, artıq şirkət ötən ilin oktyabrında ay ərzində istehsal olunan təyyarələrin sayını azaldıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bloomberg-boeing-787-dreamliner-teyyarelerinin-istehsalini-azalda

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR