Azərbaycanda bir ildə məhsul və xidmətlərə 50 milyard manatdan çox pul xərclənib

Azərbaycanda bir ildə məhsul və xidmətlərə 50 milyard manatdan çox pul xərclənib
07:27 25 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

2019-cu ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 50,7 milyard manat olmaqla 2018-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2018-ci ilin səviyyəsini real ifadədə 3,6 faiz üstələyərək 48,7 milyard manata bərabər olub, onun 49,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ilində istehlak bazarında bir istehlakçı orta hesabla ayda 426,2 manatlıq və ya 2018-ci illə müqayisədə 20,9 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/820577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR