Revmatoid artritin kliniki mənzərəsi

Revmatoid artritin kliniki mənzərəsi
07:42 25 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Revmatoid artritin kliniki mənzərəsi.
Xəstəliyin ilkin əlamətlərində kliniki əlamətlər zəif olur. Xəstələrdə adətən ümumi vəziyyətin pisləşməsi qeyd olunur. Bu zaman xəstələr zəiflikdən, səhərlər hərəkətlərinin məhdudlaşmasından, artralgiyadan, subfebril hərarətdən, arıqlamadan, limfoadenopatiyadan şikayət edirlər. Sonralar isə tədricən oynaqların zədələnmələri meydana çıxır.
Revmatoid artrit zamanı oynaqların zədələnməsi 2 kateqoriyada baş verir:
1. Patensial olaraq geri dönə bilən.
2. Geridönməz struktur dəyişiklikləri.
Revmatoid artrit zamanı sinovial qişanın iltihabının ən parlaq əlaməti səhərlər hərəkətin məhdudlaşmasıdır ki, bu da əsasən 1 saatdan az çəkmir. Hərəkətin məhdudlaşmasının zamanının uzun olması xəstəliyin ağırlıq dərəcəsini bildirir.
Xəstələrin əl və ayaq falanqa oynaqlarında patologiyalar xəstəlik başladıqdan 1-1,5 il sonra meydana çıxmağa başlayır. Sonra xəstələrin diz oynaqlarında, ayaqlarında, daha sonralar isə onurğanın boyun şöbəsində patologiyalara səbəb olur. Bu zaman fəqərə oynağının natamam çıxığı və fəqərə arteriyasının kompressiyası ilə fəsadlaşır. Xəstələrdə səsin kobudlaşması, təngnəfəslik, disfaqiya və residivləşən bronxit inkişaf edir.
Xəstəlik irəlilədikcə oynaqdankənar təzahürlər meydana çıxmağa başlayır və xəstələrin daxili orqanlarında patologiyalar baş verməyə başlayır. Xəstələrdə anemiya,trombositoz və neytropeniya inkşaf edir.
Revmatoid artritə diaqnozun qoyulmasında laborator analizlərin, rentgenoqrafiyanın və USM-nin nəticələri əsas götürülür. Sinovial mayenin müayinəsi diaqnozun təsdiqlənməsində əsas rol oynayan müayinə metodlarından biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/820553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR