Yer kürəsinə diametri 1 km olan asteroid yaxınlaşır

Yer kürəsinə diametri 1 km olan asteroid yaxınlaşır
07:42 25 Yanvar 2020
66 Digər
Ölkə mətbuatı
A- A+

Yerə nömrəsi 163373 olan nəhəng asteroid yaxınlaşır.
“Report” xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb.
Asteroidin diametri 400 metrdən 990 metrə qədərdir. Bildirilib ki, 15 fevralda bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək
Lakin NASA bəyan edib ki, asteroid Yer üçün təhlükə törətməyəcək.
163373 nömrəli asteroid “Apollonlar” qrupuna aiddir və 23 oktyabr 1995-ci ildə kəşf edilib. Növbəti dəfə bu asteroid 2075-ci ildə Yer kürəsinin yaxınlığından keçəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yer-kuresine-diametri-1-km-olan-asteroid-yaxinlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR