Repçi yüksək dozada narkotikdən öldü -

Ötən il dekabrın 8-də Çikaqodakı hava limanında dünyasını dəyişən repçi Cuis Wrld-ün ölümü ilə bağlı faktlar ortaya çıxıb.

Metbuat.az axşam.az-a istinadən bildirir ki, repçinin vəfatından sonra hüquq-mühafizə orqanları onun şəxsi təyyarəsinə baxış keçirərək oradan 30 kiloqramdan çox marixuana və kodein tərkibli dərmanlar tapıblar.

Ölümün səbəblərini araşdıran məhkəmə tibbi ekspertizası Cuisinin qanında ölümcül dozada narkotik maddə aşkar edildiyini açıqlayıb.

Qeyd edək ki, 21 yaşlı ifaçının ürək çatışmazlığından vəfat etdiyi deyilirdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR