Ötən il Azərbaycanda neft emalı artıb

Ötən il Azərbaycanda neft emalı artıb
10:17 25 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu il ərzində Azərbaycanda 6 192 min ton neft emal edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.
Neftin emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 min ton çox olub.
 Qeyd edək ki, neft SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda emal olunur. Bu zavod regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/oten-il-azerbaycanda-neft-emali-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR