Qubada turist qarlı yolda qaldı

Qubada turist qarlı yolda qaldı
10:29 25 Yanvar 2020
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gözəl təbiəti olan Quba rayonu hər zaman turistləri özünə cəlb edir. Qışın gözəlliyi olan qarın yağması isə gələn qonaqların sayının artmasına səbəb olur. Quba Rayon Polis Şöbəsinin əməkdaşları isə gələn qonaqların çox olması ilə əlaqədar ərazidə operativ xidmət təşkil edir, turistlərin qarşılaşacağı hər hansı bir çətinlik və ya problemlər olduqda öz köməkliklərini göstərirlər.

Trend-in məlumatına görə, təqdim olunan fotoda Azərbaycana qonaq gəlmiş əcnəbi vətəndaş Qubanın Qəçrəş meşəsi ərazisində hərəkət edən zaman nəqliyyat vasitəsinin şinlərindən biri deşilib və qarlı havada yolda köməksiz qalıb.

Ərazidə xidmət aparan Quba RPŞ-nin PPXB-nün əməkdaşları isə yaşlı turistə məxsus nəqliyyat vasitəsinin şinini dəyişərək ona köməklik göstəriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3182255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR