Polis rəisinin qardaşı öldü

Polis rəisinin qardaşı öldü
11:51 17 Yanvar 2015
73 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, “VAZ-2107” markalı maşınla TIR toqquşub. Hadisədən sonra zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Avtomobili idarə edən şəxs Muradəli Rəhmanov isə hadisə yerində dünyasını dəyişib.

Hazırda Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsinin müstəntiqi Cəsarət Bayramov ərazidə müayinə aparır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Nəsirovun qardaşıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=320256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR