Azərbaycan balının brendləşdirilməsi məsələləri müzakirə edilir

Azərbaycan balının brendləşdirilməsi məsələləri müzakirə edilir
12:47 25 Yanvar 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında Türkiyə və Rusiya arıçıları arasında təcrübə mübadiləsini həyata keçirilməsi üçün körpü rolunu oynamaq istəyirik".
Bunu "Report"a açıqlamasında Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov bildirib.
E. Ələkbərovun sözlərinə görə, Türkiyə arıçılığı son illərdə inkişaf edib və arıçılıqda müasir avadanlıq istifadə edir, bu təcrübəni Rusiyaya və köhnə Sovet ölkələrinə ötürülməsində körpü rolunu oynamaq istəyirik.
"Bu gün Bakıda keçirilən Arıçılıq Konfransını təşkil etməkdə məqsəd Azərbaycan arıçılığını inkişaf etdirmək və dünyada mövcud olan təcrübəni, son yenilikləri ölkəyə gətirməkdir. Türkiyə və Rusiya arıçıları ilə təcrübə mübadiləsi aparmaqdır. Konfransda Türkiyənin, Rusiyanın, İranın, Gürcüstanın müxtəlif bölgələrindən arıçılar iştirak edirlər. Konfransda həmçinin Azərbaycan balın marketinqi məsələlərinə toxunulacaq. Müzakirələrdə Azərbaycan balının brendləşdirilməsi kimi məsələlərə diqqət çəkiləcək". 
Qeyd edək ki, Azərbaycan Arıçılar Konfransı sabahadək işini davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-balinin-brendlesdirilmesi-meseleleri-muzakire-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR