Zəlzələdən sonra avtomobillərin təkərlərini -

Diyarbakırın Bismil rayonunda dünən gecə baş verən zəlzələdən sonra bir nəfər bıçaqla park edilmiş vasitələrin təkərlərini partladı

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, hadisə təhlükəsizlik kameralarına əks olundu.

Dünən axşam episentri Elazığın Sivrice rayonunda baş verən 6,8 bal gücündə zəlzələdən sonra Diyarbakırın Bismil rayonunda bir nəfər aldığı bıçaqla küçəyə çıxdı və nəqliyyat vasitələrinin şinlərini partlatdı.

Fırat və Tekel məhəllələrində park edilmiş vasitələrin içərisinə baxan şübhəli, bıçağla avtomobillərin şinlərini bıçaqladı.

Bu an təhlükəsizlik kameraları tərəfindən qeydə alındı. Təxminən 160 nəqliyyat vasitəsinin şinlərinin partladıldığı öyrənildi.

Digər tərəfdən, səhər şinlərinin partladığını görən nəqliyyat vasitələrinin sahibləri şübhəlinin ən qısa müddətdə tapılmasını istədi.

Hazırda şəxsin tutulması üçün iş başladılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR