Astarada “Ailə dəyərlərimizi qoruyaq” adlı maarifləndirici tədbir keçirildi -

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Artupa kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Ailə dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, Artupa kənd Diyarşünaslıq evində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Artupa kənd məscidi dini icmasının sədri Ağadada Cavadov, məscidin imamı Hacıhüseyn Hüseynov, Artupa kənd tam orta məktəbinin müəllimi Mehman Quliyev, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

Çıxışlar zamanı milli-mənəvi dəyərlərimiz və onun tərkib hisssəsi olan ailə dəyərləri haqqında danışılıb.

Gənclərin şəxsiyyət kimi formalaşması və sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin mühüm rolu müzakirə edilib.

Qeyd olunub ki, ölkəmizdə mövcud olan ailə dəyərlərini qoruyub saxlamaq olduqca vacibdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR