Xəzər rayonunda qızıl-zinət oğruları tutuldular

Xəzər rayonunda qızıl-zinət oğruları tutuldular
13:32 25 Yanvar 2020
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə yanvarın 23-də Binə qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mili.Az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həsən Hüseynov və Əli Əmirxanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/820671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR