İrandan ABŞ-a ŞOK HÜCUM: 34 əsgər...

İrandan ABŞ-a ŞOK HÜCUM: 34 əsgər...
13:53 25 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

İranın İraqdakı ABŞ bazalarına hücumu zamanı 34 əsgər zərər çəkib.

Publika.az xəbər verir ki, bunu ABŞ Milli Müdafiə Nazirliyi (Pentaqon) açıqlayıb.

Nazirliyin mətbuat katibi Conatan Hoffman keçirdiyi mətbuat konfransında 34 əsgərə beyin sarsıntısı və kəllədaxili travma diaqnozu qoyulduğunu bildirib.

Sözüçünün məlumatına görə, müalicə üçün Almaniyaya göndərilən 8 əsgər ABŞ-a nəql edilib. Küveytə göndərilən 1 əgərin müalicəsi tamamlanıb və İraqa qaytarılıb. Zərər görən 16 əsgər isə İraqda xəstəxanaya yerləşdirilib. Onlar da sağaldıqdan sonra bazalara geri qaytarılıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu 8 yanvar tarixində ABŞ-ın İraqdakı Eyn əl-Əsəd və Ərbil bazalarına raketlərlə hücum etmişdi. ABŞ Ordusunun Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) cəmi 11 əsgərin yüngül xəsarətlər aldığını açıqlamışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/302914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR