Antalyada gürcü qarşıdurması - YENİLƏNİR

Antalyada gürcü qarşıdurması -   YENİLƏNİR
11:52 17 Yanvar 2015
83 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün dördüncü yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze yetirmələrini Türkiyə klubu ilə oyunda sınayacaq.

Belə ki, "İnter" Super Liqa klubu ilə qarşılaşacaq. Matçın start fiti Bakı vaхtı ilə saat 17.00-da çalınacaq.

Qeyd edək ki, 1921-ci ildə yaradılan "Kasımpaşa"ya hazırda gürcü mütəхəssis Şota Arveladze başçılıq edir. Komanda qış fasiləsinə turnir cədvəlinin 7-ci pilləsində yollanıb.

"İnter" indiyədək Antalyada üç oyun keçirib. Türkiyənin "İnegölspor" (4:1) və Qazafıstanın "Kayrat" (3:1) klublarını udan "bankirlər" "Enerji Kottbus"la (Almaniya) "sülh" bağlayıb - 1:1. "İnter" yanvarın 20-də "Metallist"i (Ukrayna) sınağa çəkəcək. 3 gün sonra baş tutacaq oyundakı rəqib isə hələ bəlli deyil.

Antalya
Yoхlama oyunu
17 yanvar

17.00 İnter (Azərbaycan) - Kasımpaşa (Türkiyə)

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR