Azərbaycan komandası qış polosu yarışlarına qələbə ilə başlayıb (FOTO)

Azərbaycan komandası qış polosu yarışlarına qələbə ilə başlayıb (FOTO)
15:50 25 Yanvar 2020
113 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qış po­losu üzrə “SNOW POLO WORLD CUP ST. MORITZ” dünya ku­boku turniri davam edir.

Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun Vətə­ni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbi­ətə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançı­lar di­yarı olmasını nümayiş etdirir.

24 yanvar tarixinə təyin olunmuş ilk oyun günün­də Azər­bay­can idmançıları “Badrutt’s Palace Hotel” komandası ilə qarşı­laş­mışlar.

1985-ci ildən etibarən 36 illik tarixə malik qar üstündə dünya kubokunun daimi iştirakçılarından olan, oyunçularının handikapı çox yüksək olan “Badrutt’s Palace Hotel” ko­mandası idmançı­larımızın müqavimətini dəf edə bilməmişdir. Gər­gin və güzəştsiz mübarizə şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda idmançılarımız rə­qiblərini 8-4 he­sabı ilə məğlub etmiş­lər. Baş məşqçisi Namiq Orucov olan koman­da­mızın kapitanı Elçin Camallı qarşılaşmada xüsusi fərq­lənmiş, digər oyunçular – Rəşad Hə­sənov, Əli Rzayev, Pato Bolan­teiro, Agustin Kronhaus, Santiago Marambio də ümumi qələbənin əl­də olunmasında mühüm töhfə veriblər.

Günün digər qarşılaşmasında “St. Moritz” komandası 6:31/2 he­sabı ilə “Mazetati” komandasına qalib gəlmişdir.

Bu gün Bakı vaxtı ilə saat 15:00-da “St. Moritz” komandası ilə qarşılaşacaq komandamız bu görüşdə də qalibiyyət əldə edər­sə birbaşa finala yüksələcəkdir.

Turnirdə "Land of Fire" komandası Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə iştirak edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3182386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR