TƏBİB: Valideynlər it dişləməsindən sonra uşağa az iynə vurdurublar, poliklinikaya getməyiblər

TƏBİB: Valideynlər it dişləməsindən sonra uşağa az iynə vurdurublar, poliklinikaya getməyiblər
15:57 25 Yanvar 2020
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) it dişləməsindən sonra ölən şagirdlə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, qurumdan Trend-ə bildirilib ki, 4-cü sinif şagirdi Ömərov Polad dekabr ayının 29-u saat 12:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İt dişlədiyi yara cərrahi işlənib, antirabik vaksin vurulub və qohumlarına izah olunub ki, poliklinikaya müraciət etsinlər, eləcə də yaralıya digər iynələr vurulsun:

"Hadisə barədə Xəzər rayonu Gigiyena və Epidemiologiya Mərkəzi və 26 saylı poliklinikaya məlumat verilib. Uşağın valideynlərinə dəfələrlə izah edilib ki, mütləq qaydada digər iynələr vurulmalıdır. Bu gün aldığımız məlumata görə, iki dəfə yaşayış üzrə iynə vurdurublar, daha sonra isə poliklinikaya getməyiblər".

Qeyd edək ki, Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. Hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/820764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR